İkiqat dünya çempionu karyerasını bitirdi

  • Bu gün, 11:48

Fransalı biatlonçu Antonen Qiqonna peşəkar karyerasını başa vurub.

Sportlife.az xəbər verir ki, o, 34 yaşında idmanla vidalaşıb.

Qiqonna qərarını belə izah edib: "Mənim hələ də yarışlara olan həvəsim var və uzun müddət yarışa bilərəm. Amma bu komandada olmaq inanılmaz səviyyə tələb edir. Artıq tələb olunan məşq intensivliyinə dözə bilmirəm. Bu dəfə hər şey həqiqətən bitdi".

Qeyd edək ki, Qiqonna Dünya Kubokunda altı dəfə fəxri kürsüyə qalxıb. O, estafet üzrə ikiqat dünya və Avropa çempionudur.


Paylaş: