"Turan Tovuz"dan vacib qələbə

  • Dünən, 22:33

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, günün 2-ci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib. "Palms Sports Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 56-cı dəqiqədə Joarlem Santos vurub.

Qələbədən sonra xallarının sayını 44-ə çatdıran Tovuz klubu 3-cü pillədə qərarlaşıb. Bakı təmsilçisi 31 xalla 7-ci sıradadır.

Günün ilk görüşündə "Zirə" "Kəpəz"lə bərabərə qalıb - 2:2.

Qeyd edək ki, əvvəlki matçlarda "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib. Tura martın 10-da yekun vurulacaq.


Paylaş: