"Roma"nın müdafiəçisi "Barselona"nın hədəfində
İspaniya təmsilçisi "Barselona" İtaliyanın "Roma" klubunun müdafiəçisi Obite Ndika ilə maraqlanır.
Sportlife.az "Diario Sport"a istinadən xəbər verir ki, sözügedən transfer cari mövsümün sonunda reallaşa bilər.
Kataloniyalıların baş məşqçisi Hans-Diter Flik 26 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. Lakin oyunçunun "canavarlar"la 2028-ci ilin yayına qədər müqaviləsi var.
Bununla belə, futbolçu özü də "Barselona"da oynamağa meyillidir.
Qeyd edək ki, Fransada "Oser"in yetirməsi olan Ndika 2023-cü ildə "Ayntraxt"dan (Almaniya, Frankfurt) "Roma"ya keçib.