Türkiyəli məşqçi hava limanında öldü
Moldova millisinin sabiq baş məşqçisi Engin Fırat 55 yaşında vəfat edib.
Sportlife.az xəbər verir ki, türkiyəli mütəxəssis İstanbul Aeroportunda ürək tutmasından ölüb.
O, Beyrutdan Türkiyənin Adana şəhərinə uçurmuş. Fırat İstanbul Aeroportunda təyyarəsini dəyişmək istəyərkən qəfil huşunu itirib. Həkimlər gəldikdə artıq məşqçi vəfat edib.
E.Fırat Moldova millisindən başqa, 2021-2024-cü illərdə Keniya yığmasını da çalışdırıb. O, bu ilin fevralından Livanın “Nedjmex” klubuna rəhbərlik edirdi.
Qeyd edək ki, Engin Fıratın adı bir ara Azərbaycan millisi ilə də hallanırdı.