XIX turun oyun cədvəli

  • Bu gün, 17:45

Azərbaycan Basketbol Liqasında XIX turun oyun cədvəli açıqlanıb.

Sportlife.az xəbər verir ki, turun qarşılaşmaları martın 12–15-i aralığında keçiriləcək.

Martın 12-də saat 19:00-da "Sumqayıt" komandası "Ordu"nu qəbul edəcək, eyni saatda "Naxçıvan" isə "Sərhədçi" ilə üz-üzə gələcək. Martın 13-də saat 15:00-da "Lənkəran" öz meydanında "Quba" ilə qarşılaşacaq.

Martın 14-də saat 14:00-da "Gəncə" – "Sabah", saat 17:00-da isə "Abşeron" – "Neftçi" görüşü baş tutacaq. Turun son matçı martın 15-də saat 17:00-da "NTD" ilə "Şəki" komandaları arasında keçiriləcək.


Paylaş: