"Real"ın müdafiəçisi zədələndi

  • Bu gün, 18:26

İspaniyanın "Real" klubunun sol cinah müdafiəçisi Alvaro Karreras zədələnib.

Sportlife.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı ispaniyalı futbolçunun sağ ayağının baldır əzələsində zədə aşkarlanıb. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı hələ açıqlanmayıb.

Karreras "Real"a keçdiyi ilk mövsümdə bütün turnirlərdə 34 oyunda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Madrid təmsilçisi martın 11-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Mançester Siti"ni qəbul edəcək.


Paylaş: