Neymar milliyə qayıdır
"Santos"un hücumçusu Neymarın adı Braziliya millisinin DÇ-2026 üçün ilkin heyətinə daxil edilib.
Sportlife.az xəbər verir ki, milli komandanın baş məşqçisi Karlo Ançelotti 34 yaşlı futbolçunu heyətə çağırmağı düşünür, lakin son qərar onun fiziki hazırlığından asılı olacaq. İtaliyalı məşqçi oyunçunun vəziyyətini şəxsən qiymətləndirmək üçün "Santos"un "Mirasol"a qarşı oyununa canlı baxacaq.
Əgər Neymar yekun heyətə daxil edilərsə, DÇ-2026 onun karyerasında dördüncü mundial olacaq.