I Liqa klubları cərimələndi

  • Bu gün, 16:02

AFFA İntizam Komitəsi I Liqada çıxış edən "Şəfa" və "Şahdağ Qusar"ı cəzalandırıb.

Sportlife.az xəbər verir ki, buna komandaların öz aralarında keçirilmiş matçda baş verən hadisələr səbəb olub.

"Şahdağ Qusar"ın həkimi Müşfiq Hümmətli ilə məşqçi Babək Allahverdiyev hakimi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə aldıqları üçün klub 6000 manat, 5 futbolçusu sarı vərəqə aldığı üçün 210 manat, icraçı direktor Mirzə Bayramov isə "A buraxılışı" akkreditasiyası olmadan Zona 1-ə daxil olduğu üçün 300 manat ziyana düşüb.

"Şəfa" isə 5 futbolçusu sarı vərəqə aldığı üçün 210 manat məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, Binə qəsəbə stadionunda keçirilən matç "Şəfa"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Paylaş: