DÇ-2026: FIFA büdcəni kəskin azaldır
FIFA bu yay keçiriləcək dünya çempionatı üçün əməliyyat büdcəsini 100 milyon dollardan çox azaltmaq qərarına gəlib.
Sportlife.az xəbər verir ki, təşkilatın prioriteti gəlirlərin 90%-ni qlobal futbol daxilində yenidən bölüşdürməkdir.
Bildirilib ki, büdcə səmərəliliyinin artırılması səylərinin qarşıdan gələn FİFA-ya prezident seçkiləri ilə əlaqəli olduğu iddiaları tamamilə əsassızdır.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.