Kamilo Duran Kolumbiya millisində!
“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.
Sportlife.az xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi martda keçiriləcək yoldaşlıq görüşləri üçün yığmaya dəvət olunub.
İndiyədək milli komandaya dəvət almayan vinger “Qarabağ”ın heyətində bumövsümki çıxışından sonra məşqçilər heyətinin diqqətini cəlb edib. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində baş tutacaq.
Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin avqustunda “Qarabağ”a keçib.