"Real"da Poçettino səsləri
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino "Real"ın sükanı arxasına keçə bilər.
Sportlife.az xəbər verir ki, mütəxəssis "kral klubu"nda Alvaro Arbeloanı əvəzləməyə əsas namizəddir.
Argentinalı məşqçinin "Real"ın prezidenti Florentino Peres tərəfindən yüksək qiymətləndirildiyi bildirilir.
Poçettinonun ABŞ milli komandası ilə müqaviləsi DÇ-2026-nın sonuna qədərdir.