Saşa İliç: "Çox çətin olacaq"

  • Bu gün, 15:09

"Qalatasaray” Avropanın ən yaxşı komandalarından biri ilə qarşılaşacaq. Futbolçular bunu unutmamalıdırlar.

Sportlife.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Türkiyə mətbuatına açıqlamasında deyib.

Vaxtilə “Qalatasaray”da çıxış etmiş serbiyalı veteran futbolçu sabiq komandasının bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə “Liverpul”una qarşı keçirəcəyi ilk oyunu şərh edib.

Mütəxəssis İstanbul təmsilçisinin doğma azarkeşləri qarşısında qələbə qazanmaq şansının olduğunu bildirib: “Çox çətin olacaq. Ümid edirəm ki, “Qalatasaray” “Liverpul”u mübarizədən kənarlaşdıracaq və mərhələni keçəcək”.

S.İliç 2006-cı ildə “Qalatasaray”ın heyətində Çempionlar Liqasında “Liverpula” 3:2 hesabı ilə qalib gəldikləri matçda vurduğu qolu da xatırlayıb: “Həmin qarşılaşma yaxşı yadımdadır. “Liverpul” ondan əvvəlki mövsümdə Çempionlar Liqasının qalibi olmuşdu. Öz meydanımızda 3:2 hesablı qələbə qazanmışdıq, qollardan birini də mən vurmuşdum. “Liverpul” kimi bir komandanı məğlub etdiyimiz üçün sevincli və qürurluyam”.

Qeyd edək ki, bu gün keçiriləcək “Qalatasaray”–“Liverpul” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


Paylaş: