Qrizmandan MLS açıqlaması

  • Bu gün, 12:08

"Atletiko"nun hücumçusu Antuan Qrizmann MLS-ə keçmək planının olmadığını bildirib.

Sportlife.az xəbər verir ki, fransalı futbolçu Madriddə özünü xoşbəxt hiss etdiyini deyib:

"Burada əla vaxt keçirirəm. Məqsədim Çempionlar Liqasının finalına çıxmaq və "Atletiko" ilə Kral Kubokunu qazanmaqdır. Bu, mənim arzumdur".

Qeyd edək ki, "Atletiko" ötən gecə Çempionlar Liqasının 1/8 finalının ilk oyununda evdə "Tottenhem"ə 5:2 hesabı ilə qalib gəlib.


Paylaş: