Çempionluq kəməri əlindən alındı

  • Bu gün, 11:07

Qazaxıstanlı boksçu Janibek Alimxanulinin IBF orta çəki çempionluq kəməri əlindən alınıb.

Sportlife.az xəbər verir ki, bu qərarın səbəblərindən biri onun dopinq testindən keçməməsi olub.

Əvvəllər Alimxanulinin meldonium istifadə etdiyinə görə Qazaxıstan Peşəkar Boks Federasiyası (KFPB) tərəfindən altı ay müddətinə diskvalifikasiya edildiyi bildirilir.

Alimxanulinin WBO tərəfindən bir il müddətinə diskvalifikasiyası edilib və ən azı 2026-cı ilin dekabr ayına qədər rinqə çıxmayacaq.


Paylaş: