Yamal "Barselona"nın tarixinə düşdü
"Barselona"nın vingeri Lamin Yamal Çempionlar Liqasının 1/8 final mərhələsinin "Nyukasl"la ilk oyununda avrokuboklarda növbəti dəfə penaltidən qol vuraraq klubun tarixinə düşüb.
Sportlife.az xəbər verir ki, bu, Katalaniya təmsilçisinin tarixində avrokuboklarda ən gec penalti qolu kimi qeydə alınıb.
Lamin Yamal görüşün əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə fərqlənib.
Qeyd edək ki, komandalar arasında cavab matçı martın 18-də Barselonadakı "Spotify Kamp Nou" stadionunda keçiriləcək.