"Fənərbağça" belçikalı hücumçu alır
"Yuventus"un futbolçusu Lois Openda karyerasını Türkiyədə davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, belçikalı hücumçu "Fənərbağça"nın maraq dairəsinə düşüb.
Turin təmsilçisində ehtiyatda qalan forvard komandadan ayrılmağı düşünür.
Qeyd edək ki, Openda Belçika millisində "Fənərbağça"nın hazırkı baş məşqçisi Domeniko Tedeskonun rəhbərliyi altında çıxış edib.