"Napoli"də yeni müqavilə
Skott MakTominey daha 4 il "Napoli"də çıxış edə bilər.
Sportlife.az xəbər verir ki, Neapol təmsilçisi şotlandiyalı yarımmüdafiəçinin müqaviləsini 2030-cu ilə qədər uzatmaq istəyir.
Tərəflər razılığa gələ bilsələr, MakTominey komandanın ən çox maaş alan futbolçusu olacaq.
Qeyd edək ki, futbolçu "Napoli"yə 2024-cü ildə "Mançester Yunayted"dən keçib.