Simeone 2 həmkarını qabaqladı
"Atletiko" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda evdə "Tottenhem"i 5:2 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, bu, Madrid klubunun baş məşqçisi Dieqo Simeone üçün Çempionlar Liqasında 64-cü qələbə olub.
Bu statistika Simeoneni Rafael Benites və Lui van Qalı qabaqlamağa imkan verib. ÇL tarixinin ən uğurlu beş məşqçisi arasında Joze Mourinyo (87), Arsen Venger (103), Aleks Ferqyuson (115), Xosep Qvardiola (120) və Karlo Ançelotti (129) yer alır.