İran dünya çempionatından imtina etdi
İran 2026-cı il dünya çempionatında iştirak etməyəcək.
Sportlife.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Əhməd Dünyamalı yerli telekanala açıqlamasında deyib.
O bildirib ki, ABŞ və İsrailin hücumlarından, ali liderləri, minlərlə günahsız insan öldürüldükdən sonra yığmanın DÇ-2026-da çıxış etməsi mümkün deyil.
Qeyd edək ki, mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran turnirə vəsiqə qazanıb və Belçika, Misir, Yeni Zelandiya ilə birlikdə G qrupuna düşüb.