Salah "Liverpul"un tarixinə düşdü
"Liverpul" Çempionlar Liqasının 1/8 finalının ilk oyununda səfərdə "Qalatasaray"a 0:1 hesabı ilə uduzub.
Sportlife.az xəbər verir ki, oyuna start heyətində başlayan Məhəmməd Salah 60-cı dəqiqədə əvəzlənib.
Bu, misirli forvardın turnirdə 81-ci oyunu olub və "Liverpul" tarixində bütün zamanların rekordudur. Salah Ceymi Karrageri (80) geridə qoyub. İlk "3-lük"də Stiven Cerrard (73) da yer alıb.