Əvvəl itələyib yıxdı, sonra üzr istədi

  • Bu gün, 11:27

"Çelsi"nin yarımmüdafiəçisi Pedru Netu Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyununun (2:5) sonlarında baş verən hadisəyə görə topdaşıyan oğlandan üzr istəyib.

Sportlife.az xəbər verir ki, hadisə matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə baş verib. Futbolçu topu gec verən uşağı itələyərək yerə yıxıb.

Hadisə VAR tərəfindən mümkün qırmızı vərəqə üçün nəzərdən keçirilsə də, "Çelsi"nin vingerinə hər hansı cəza verilməyib.

Topdaşıyan gəncdən üzr istəyən Netu ona öz formasını hədiyyə edib.


Paylaş: