Premyer Liqa klubları gənc futbolçunu izləyir
"Mançester Yunayted", "Çelsi" və "Arsenal" "Frayburq"un yarımmüdafiəçisi Yohan Manzambi ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri 20 yaşlı futbolçunu izləmək üçün skautlar göndərib.
Enerjisi və meydanın hər yerində oynamaq bacarığı ilə tanınan isveçrəli oyunçu PSJ və "Bavariya"nın da diqqətini cəlb edib.
Oyunçunun "Frayburq"la müqaviləsi 2030-cu ilə qədərdir və Bundesliqa klubu onun üçün təxminən 50 milyon avro istəyir.