"Real"ın uşaq bağçası olduğunu düşünürsünüz?"

  • Bu gün, 14:35

"Real"ın qapıçısı Tibo Kurtua keçmiş baş məşqçisi Xabi Alonsonun istefası ilə bağlı fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, belçikalı qolkiper komandanın heç bir üzvünün ispaniyalı mütəxəssisi təhlükəyə atmadığını bildirib:

"Düşünürəm ki, birlikdə yaxşı işlədik. Bəziləri taktikadan, videotəhlildən nifrət etdiyimizi dedi. Baxın, məni hər gün bir saatını buna sərf edən Antonio Konte çalışdırıb, amma mən buna etiraz etməmişəm, çünki biz peşəkarıq.

Düşünürəm ki, Xabi ilə ilk bir neçə ay çox yaxşı keçdi, sonra isə işlər pisləşdi. Bu, futbolda olur".

Kurtua düşünür ki, mətbuatda "Real"dakı atmosfer haqqında yanlış təsəvvürlər var. "Mən hər cür şey oxudum və öz-özümə dedim: Aman Tanım. Siz bu klubun uşaq bağçası olduğunu və istədiyimizi etdiyimizi düşünürsünüz? Xeyr, doğru deyil. Biz bütün məşqçilərə və işçi heyətinə hörmət edirik.

Düşünürəm ki, tənqidlərin çoxu ədalətsizdir. Bəzi şeylər doğrudur və mən bununla bağlı heç bir problem yoxdur, buna görə də deyirəm ki, baş verənlərə görə biz də günahkarıq".

Alonso 2025-ci ilin yayında "Real"ın baş məşqçisi vəzifəsinə təyin olunub. 44 yaşlı mütəxəssis 2026-cı ilin yanvar ayında klubdan ayrılıb. Onun əvəzinə Alvaro Arbeloa yeni baş məşqçi təyin olunub.


Paylaş: