Daha bir ulduz MLS yolunda
"İnter Mayami" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, MLS çempionu "Yuventus", "Benfika" və bir neçə digər komanda ilə birlikdə 31 yaşlı portuqaliyalı futbolçunu azad agent kimi heyətinə qatmaqda maraqlıdır.
Futbolçunun "şəhərlilər"lə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Silva 2017-ci ilin iyul ayından "Mançester Siti"də oynayır.