"Aston Villa"da kapitan sevinci

  • Bu gün, 12:55

"Aston Villa"nın kapitanı Con Makginn zədəsini sağaldıb.

Sportlife.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Unai Emeri açıqlama verib.

Onun sözlərinə görə, futbolçu bu gün Avropa Liqasının 1/8 final mərhələsində "Lill"ə qarşı səfər oyununda iştirak edə biləcək.

31 yaşlı şotlandiyalı yarımmüdafiəçi yanvar ayından bəri diz zədəsi səbəbindən yaşıl meydanlardan kənarda qalıb.


Paylaş: