"Fənərbağça"dan Braziliya klubuna
"Fənərbağça"nın futbolçusu Fred yayda komandanı tərk edəcək.
Sportlife.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçiyə ölkəsindən təklif var.
"Atletiko Mineyro" təcrübəli oyunçunu transfer etmək istəyir. Türkiyə klubu "sambaçı" üçün qarşı tərəfdən 12 milyon avro təzminat tələb edir.
Danışıqların davam etdiyi bildirilir.
Qeyd edək ki, Fred "Fənərbağça"ya 2024-cü ildə "Mançester Yunayted"dən keçib.