Serbiyalı ulduzdan yeni rekord

  • Bu gün, 18:28

"Denver"in basketbolçusu Nikola Yokiç Milli Basketbol Assosiasiyasında (NBA) yeni rekorda imza atıb.

Sportlife.az xəbər verir ki, serbiyalı oyunçu "Hyuston Rokets"lə matçda (129:93) cari mövsümdəki 25-ci "tripl-dabl"a (16 xal, 12 ribaund və 13 məhsuldar ötürmə) imza atıb.

O, ardıcıl dörd mövsümdür ən azı "25 tripl-dabl" edir ki, bu, da basketbolçunu NBA tarixində rekorda nail olan yeganə oyunçu edir.


Paylaş: