Netuya intizam işi açıldı
UEFA "Çelsi"nin yarımmüdafiəçisi Pedru Netuya qarşı intizam işi açıb.
Sportlife.az xəbər verir ki, buna portuqaliyalı yarımmüdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyununda (2:5) topdaşıyan yeniyetməni itələməsi səbəb olub.
Nəticədə yeniyetmə yerə yıxılıb. Hadisə VAR tərəfindən mümkün qırmızı vərəqə üçün nəzərdən keçirilib, lakin "Çelsi"nin vingerinə cəza verilməyib.
Netu final fitindən sonra topdaşıyandan üzr istəyib və ona formasını hədiyyə edib.