NBA-da kütləvi dava - VİDEO
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) keçirilən “Şarlott Hornets” – “Detroyt Pistons” oyununda kütləvi dava düşüb.
Sportlife.az xəbər verir ki, insident üçüncü hissənin ortalarında yaşanıb. Ev sahibi komandadan Mussa Diabate və qonaqlardan Ceylen Dürren arasında başlayan mübahisə qısa zamanda münaqişəyə çevrilib. Mühafizəçilər tərəfləri çətinliklə sakitləşdiriblər.
Nəticədə davada iştirak edən 4 basketbolçu parketdən qovulub. “Şarlott Hornets”dən Diabate və Maylz Brices, “Detroyt Pistons”dan isə Dürren və Ayzeya Stüart diskvalifikasiya olunublar.
Qeyd edək ki, qarşılaşma qonaqların 110:104 hesablı qələbəsi ilə başa çatıb.