Tonaliyə daha bir müştəri

  • Bu gün, 16:07

İtaliya millisinin və "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali karyerasını La Liqada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, "Real" futbolçu ilə maraqlanır və yay transfer pəncərəsində onu heyətinə qatmağı planlaşdırır.

İddiaya görə, Madrid təmsilçisi bu keçid üçün 75 milyon avro ödəməyə hazırdır. Daha əvvəl "Arsenal" və "Mançester Siti"nin də Tonali ilə maraqlandığı bildirilirdi.

25 yaşlı italyan futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda 1 məhsuldar ötürmə edib. 


Paylaş: