“Kəpəz”lə “Neftçi” arasında “Gəncə səbəti”
“Kəpəz”in İdarə Heyətinin üzvü Fərman Əlizadənin “Neftçi”nin baş icraçı direktoru Cenk Sümerə “Gəncə səbəti” göndərdiyi bildirilir.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin may ayında baş verib. Mənbənin bildirdiyinə görə, Fərman Əlizadə bu addımı yaxın dostu, eyni zamanda “Neftçi”nin idman üzrə müşaviri vəzifəsini tutan Kamil Məmmədovun məsləhəti ilə atıb.
Məlumatda qeyd olunur ki, Cenk Sümerə göndərilən “Gəncə səbəti”nin dəyəri 2 min manat olub. Hədiyyənin hansı məqsədlə təqdim edildiyi isə məlum deyil.
Bundan başqa, “Kəpəz” rəsmisinin sözügedən hədiyyənin xərcini klubun büdcəsinə daxil edib-etmədiyi də sual doğurur.