"Nyukasl" Bakıya yeni baş məşqçi ilə gələ bilər
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”da problemlər bitmir.
Sportlife.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ardıcıl uğursuz nəticələrdən sonra baş məşqçi Eddi Hounun postu laxlayıb.
Premyer Liqa klubunun rəhbərliyi artıq yeni baş məşqçi axtarışına başlayıb. "Sağsağanlar” çempionatın son 4 matçının 1-də heç-heçə edib, 3 dəfə isə məğlub olub.
Son 5 görüşdə qələbə üzü görməyən komanda bu gün Premyer Liqanın növbəti turunda “Tottenhem”in qonağı olacaq. Daha bir məğlubiyyət Hounun istefaya göndərilməsinə səbəb ola bilər. Bu baş verərsə, “Nyukasl” hətta “Qarabağ”la matça yeni baş məşqçinin rəhbərliyi altında çıxa bilər. Ancaq rəhbərlik daha çox “Qarabağ”la görüşlərin nəticələrini gözləmək fikrindədir.
Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də Bakıda, cavab qarşılaşması isə 24-də Nyukaslda keçiriləcək.