"Qarabağ"ın oyunu təxirə salınır?

  • Bu gün, 12:27

Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyunu təxirə salına bilər.

Sportlife.az xəbər verir ki, hazırda Şamaxıya yağan güclü qar matçın oynanılmasını sualı altına alır.

Stadionun ot örtüyünün qardan təmizlənməsi prosesi davam edir.

Qeyd edək ki, qarşılaşma saat 14:30-da başlamalıdır.


Paylaş: