Mahir yenə oynamayacaq
Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli 2-ci Bundesliqada növbəti oyunu da buraxacaq.
Sportlife.az yerli mətbuata istinadla xəbər verir ki, hücumçu XXII turda “Qröyter Fürt” komandası ilə keçiriləcək matçda iştirak etməyəcək. Zədəsini sağaldan futbolçu hazırda bərpa prosesi keçir və oynamağa tam hazır deyil.
Bundan başqa, İvan Prtajin, Ci Su Kim və Avdo Spahiç də zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.
Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"ə ötən mövsümün əvvəlində "Nürnberq"dən keçib. Azərbaycan millisinin hücumçusu ilə 3 illik müqavilə imzalanıb.