Holann təmkinli danışdı
"Mançester Siti"nin hücumçusu Erlinq Holann Premyer Liqa çempionluğu uğrunda mübarizədən danışıb.
Sportlife.az xəbər verir ki, norveçli forvard mübarizənin mövsümün sonuna qədər davam edəcəyini bildirib:
"Bunu dəfələrlə görmüşük. İndi mənim üçün ən vacib şey bərpa olmaq, komanda oyununa qayıtmaq və "Fulhem"ə qarşı oyuna tam köklənməkdir. Qarşıda hələ çox oyun var".
Qeyd edək ki, "Mançester Siti" turnir cədvəlində 50 xalla ikinci yerdədir və "Arsenal"dan 6 xal geri qalır.