Fransa klubundan maraqlı addım
"Renn" baş məşqçi Həbib Beyenin vəzifəsindən kənarlaşdırıldığını açıqlayıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis və köməkçilərinə qarşı intizam tədbirləri görülüb.
Növbəti xəbərdarlığa qədər komandaya Sebastyan Tambure, Pyer-Aleksandr Lelievre və Maksim Le Marşan rəhbərlik edəcək.
Qeyd edək ki, "Renn" son 2 oyunda - Liqa 1-də "Monako"ya 0:4, Fransa Kubokunda isə "Marsel"ə 0:3 hesabı ilə məğlub olub.