Gözlənilən transfer Bakı istiqamətində – EKSKLÜZİV

  • 3 Fevral 2026, 16:20

Bu mövsüm çempionluq uğrunda mübarizə aparan "Sabah" hücum xəttini gücləndirib.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, Bakı klubu Qabon millisinin üzvü Patrik Mbina ilə anlaşıb.

Sloveniyanın "Maribor" klubundan transfer olunan forvardın bu gün Bakıya gələcəyi gözlənilir.

Qeyd edək ki, 26 yaşlı futbolçu "Maribor"dan öncə Fransanın "Qrenobl", "Nim" və digər aşağı liqa klublarında çıxış edib. Cari mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Uniau" klubunda keçirən Mbina 13 oyuna 1 qolla yadda qalıb. 2023-cü ildən Qabon millisinə çağırılan hücumçu yığmada 5 matç keçirib.


Paylaş: