"Qəbələ" üçün pozitiv tablo

  • 31 Yanvar 2026, 11:55

"Qəbələ"nin 2026-cı ilə uğurlu startı təsadüfi deyil. Komanda ilk turlarda xallar itirsə də, oyun keyfiyyəti potensialın olduğunu göstərirdi. Ardıcıl iki qələbə bölgə təmsilçisinə uzun müddətdir hiss etmədiyi inamı geri qaytardı.

"Qəbələ" artıq yalnız müdafiəyə qapanan deyil, eyni zamanda təşəbbüs göstərən tərəf kimi görünür. Qış fasiləsində edilən transferlər də bu yüksəlişdə mühüm rol oynayır. Yeni futbolçular heyətə keyfiyyət baxımından üstünlük gətirib. Xüsusilə hücum xəttində alternativlərin artması Sxadadzeyə daha geniş imkanlar yaradır.

Bununla belə, əsas məsələ stabilliyin qorunmasıdır. "Qəbələ" ilk növbədə mövcud oyun intizamını və tempini saxlamalıdır.

Asif


Paylaş: