Qalmaqallı futbolçu cinayəti etiraf etdi
Niderland millisinin sabiq hücumçusu Kvinsi Promes 2020-ci ildə əmisi oğlunu bıçaqladığını etiraf edib.
Sportlife.az xəbər verir ki, futbolçunun vəkilləri insidentin özünümüdafiə zamanı baş verdiyini iddia ediblər. Bu səbəbdən də onlar forvardın cəzalandırılmamalı olduğuna düşünürlər.
Futbolçu iddia edir ki, münqaişə 2020-ci ilin iyul ayında zərgərlik əşyası üstündə olub.