Kökçü "İnter" və "Liverpul"un hədəfində
"Beşiktaş"ın mövsümün əvvəlində "Benfika"dan transfer etdiyi Orkun Kökçü performansı ilə Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.
Sportlife.az xəbər verir ki, yayda Hakan Çalhanoğlu ilə yollarını ayırmağa hazırlaşan "İnter" onu həmyerlisi ilə əvəzləmək istəyir.
Kökçü ilə "Liverpul"un da yaxından maraqlandığı bildirilir.
Lakin, "Beşiktaş" rəhbərliyi Orkun Kökçü ilə yollarını ayırmağı qətiyyən düşünmür.
Orkun Kökçü bu mövsüm "Beşiktaş"da 31 matçda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.