Yankoviçə ölkəsindən dəvət
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro milli komandasına dəvət alıb.
Sportlife.az xəbər verir ki, yığmanın baş məşqçisi Mirko Vuçiniç martda keçiriləcək yoldaşlıq oyunları üçün heyəti açıqlayıb.
Siyahıda Azərbaycanda çıxış edən legionerlərdən yalnız 31 yaşlı yarımmüdafiəçisi Yankoviç yer alıb.
"Neftçi"nin legioneri Edvin Kuç isə dəvətlilər sırasında deyil.
Monteneqro millisi martın 27-də Andorra, martın 31-də isə Sloveniya yığması ilə qarşılaşacaq. Hər iki oyun Podqoritsada keçiriləcək.