NBA-da növbəti rekord
"Qolden Steyt Uorriors"un baş məşqçisi Stiv Kerr daha bir NBA rekorduna imza atıb.
Sportlife.az xəbər verir ki, amerikalı mütəxəssis NBA tarixində 600 qələbəyə ən tez çatan 4 məşqçi arasına düşüb. Buna nail olmaq üçün ona 943 oyun lazım olub.
İlk pillədə Fil Cekson (805) qərarlaşıb. Pet Riley (832) 2-ci, Qreqq Popoviç (887) 3-cüdür.
Stiv Kerr basketbolçu kimi beşqat NBA çempionudur. O, 2014-cü ildən "Qolden Steyt Uorriors" komandasına başçılıq edir və komanda ilə 4 çempionluq qazanıb.