"Fənərbağça"dan Ərdoğana təşəkkür

  • Dünən, 14:52

“Fənərbağça”nın prezidenti Sadettin Saran fransız futbolçu Nqolo Kantenin transferi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Sportlife.az xəbər verir ki, açıqlamada ölkə başçısının 34 yaşlı ulduz oyunçunun Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan keçidinə görə göstərdiyi dəstək vurğulanıb.

“Klubumuz, dünya futbolunun önəmli simalarından Nqolo Kantenin transfer prosesini uğurla başa çatdırıb. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana, həm “Fənərbağça”mızın, həm də Türkiyə futbolunun inkişafına töhfə verəcək bu prosesin müsbət şəkildə nəticələnməsində göstərdiyi önəmli dəstəyə görə, öz adım və klubum adından təşəkkür edirəm. Bilməlidir ki, bu müddət ərzində böyük "Fənərbağça" azarkeşlərinin klubuna olan inamı, göstərdiyi güclü dəstək və yanımızda hiss etdirdiyi etimad, bizlər üçün ən böyük motivasiya və güc mənbəyi olmuşdur. İndi o gücü meydançaya daşıma, komandamızın yanında olma zamanı gəlmişdir. Birlikdə inanacaq, birlikdə mübarizə aparacaq və birlikdə uğur qazanacağıq" - deyə, m\əktubda qeyd olunub.

Qeyd edək ki, "sarı-lacivertlilər" fransız futbolçu ilə 2,5 illik müqavilə imzalayıb.


Paylaş: