"Zirə" Sumqayıtdan sərfəli nəticə ilə qayıdır

  • Dünən, 18:54

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Sportlife.az xəbər verir ki, açılış matçında “Zirə” səfərdə “Sumqayıt”ın qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Günün digər oyununda “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü fevralın 5-də keçiriləcək.


Paylaş: