Fərəcullayevin 1 ili: Sıfırdan mənfiyə
Bu gün Cahangir Fərəcullayevin AFFA-da 1 ili tamam olur. Arxada qalan 12 ay ərzində müşahidə etdik ki, Fərəcullayev də ciddi bir işlə məşğul olmadı. Ciddi işlər görməsə də, ciddi məbləğdə əmək haqqı aldı. Baş katibin illik qazancı 100 min manatdan yuxarıdır. Əmək sərf ediləndə alınan haqq halal olur. Əksi qalıb hərənin öz insafına...
Yazılanlar subyektiv fikir deyil, faktlardır. 1 il ərzində nə iş görüb Fərəcullayev? Hansı dəyişikliklərə imza atıb? Görəsən, özü bu haqda nə düşünür? Ümumiyyətlə düşünürmü?
365 gün nəyisə dəyişə bilmək üçün kifayət qədər uzun müddətdir. Bu zaman kəsiyində heç bir pozitiv tendensiya görünmürsə, deməli problem başdadır. Katibliyin başında!
Fərəcullayev hər şeyə sıfırdan başlamaq vədi ilə bəzilərini inandırmışdı. Nəticə? Sıfırdan mənfiyə...
Mirələm HƏSƏNLİ