Veysəl Rzayevin bıçaqlanması ilə bağlı cinayət işi

  • Dünən, 16:52

Ötən gün Gəncə şəhərində “Kəpəz” komandasının futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

Sportlife.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.

Artıq Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində futbolçuya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, Rzayev xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.


Paylaş: