"Kayserispor"da rusiyalı futbolçu

  • Dünən, 15:53

PAOK-un hücumçusu Fyodor Çalov karyerasını "Kayserispor"da davam etdirəcək.

Sportlife.az xəbər verir ki, klublar rusiyalı futbolçunun icarə müqaviləsinin şərtlərini razılaşdırıblar. Sözləşmədə satınalma bəndi yoxdur.

PAOK Çalovu 2024-cü ilin yayında Moskva MOİK-indən 3 milyon avroya alıb.


Paylaş: