"Arsenal"ın oyunu təxirə salınacaq
"Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Çelsi"ni 1:0 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, finala vəsiqə qazanan komandanın martın 21-də Premyer Liqanın 31-ci turunda "Vulverhempton"a qarşı oyunu təxirə salınacaq.
Çünki bir gün sonra "topçular" "Uembli" stadionunda final matçına çıxacaqlar.
"Arsenal"ın finaldakı rəqibi bu gün müəyyənləşəcək. "Mançester Siti" "Nyukasl"la İlk oyu "şəhərlilər"in 2:0 hesablı qələbəsi ilə başa çatdı.