"İmişli" - enişli
“İmişli” enişli günlərinə davam edir. Deyəsən, ilk dövrədə yığılan xallar komandanı rahatlaşdırıb. Jorj Kaşkilyanın yetirmələrinin qələbəsiz oyunlar seriyası 6-ya çatıb. “Qəbələ” və “Kəpəz” aradakı xal fərqini azalda-azalda gəlir...
Enişin səbəbi? Bu, ən çox klub rəhbərliyini narahat etməlidir. Klub rəhbərliyini isə narazı salan başqa məqamlar var...
"İmişli" yaxşı komanda ola bilər. Klub olmaq üçün nə lazımdır? Maşallah çox savadlı klub idarəçiləri var. Araşdırıb tapsınlar. Fikirlərini bu istiqamətə yönəltsələr, vəziyyət daha tez düzələr.
Sportlife.az