Ehtiramla...

  • Bu gün, 11:22

Ehtiram Quliyev fərq yaratmağı bacarır. Onun mətbuat önündəki aktivliyi və komandanın yanında görünməsi müsbət məqamdır. Bu addımların nə dərəcədə səmimi olması ayrıca müzakirə mövzusudur. Amma siyasi və idarəetmə baxımından gedişlər yerindədir. Doğru zamanda, doğru görüntü verilir. 

Quliyevin davranışları istər-istəməz diqqət çəkir. O, bəzi klub rəhbərləri kimi gizlənmir, prosesin içindədir. Məsuliyyəti paylaşmaqdan və media qarşısına çıxmaqdan çəkinmir. Bu, yerli futbol mühiti üçün nadir hadisələrdəndir.

Ehtiram bəyin dünən “Turan Tovuz”un əsas komandasını ziyarət etməsi və futbolçulara maksimum hədəfi xatırlatması ambisiya məsələsidir. Reallıqlar bu iddianı nə qədər dəstəkləyəcək? Cavab almağa tələsmirik...

Mirələm HƏSƏNLİ 


Paylaş: